AZ

"Barselona" baş məşqçinin nə istədiyini yaxşı başa düşür"

"Barselona"nın müdafiəçisi Jül Kunde "Monako" ilə Çempionlar Liqası matçı öncəsi komandanın durumu haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu komandada hər oyunçunun oyun zamanı bir-birini yaxşı başa düşdüyünü qeyd edib.

“Komanda baş məşqçinin nə istədiyini çox yaxşı başa düşür. Yaxşı dinamika var, yaxşı pressinq edən hücumçulardan başlayaraq hamı öz işini görür. Bu, bizə əlavə inam verir, bu da bizə qol vurmağa və qalib gəlməyə imkan verir”

Bu mövsüm 25 yaşlı Kunde İspaniya çempionatının beş oyununda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Beş turdan sonra "Barselona" 15 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.

Seçilən
20
90deqiqe.az

1Mənbələr