AZ

Moskvada kişinin əlində telefon partlayıb- FOTO

Moskvada Arbat küçəsində bir kişinin əlində “Honor 70” smartfonu partlayıb.

Azpost.info xəbər verir ki, hadisə sentyabrın 18-də İsrailin şiə Hizbullah təşkilatının simsiz cihazlarına yeni kiberhücumu zamanı baş verib.

Hadisə nəticəsində kişi əlindən xəsarətlər alsa da, təcili yardımı gözləməyərək qaçıb. Şahidlər təcili yardım çağırıb, onlar hazırda məlum şəxsi axtarırlar.

Livanda qadcet partlayışları ilə bağlı xəbərlər fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları telefonun İsrail kəşfiyyat xidməti “Mossad”ın Yaxın Şərq bazarında əvəz etdiyi avadanlıq partiyasından olub-olmadığını yoxlamaq qərarına gəlib. O da ehtimal edilir ki, partlayışa batareyanın nasazlığı səbəb olub.

“Huawei” və “Honor” telefonları 2023-cü ilin oktyabrında hücum zamanı HƏMAS yaraqlıları tərəfindən fəal istifadə edilib, lakin İsrail kəşfiyyat xidmətlərinin nümayəndələri Çin smartfonlarının şifrlənmiş ekosisteminə görə onları sındıra bilməyiblər.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
azpost.info

1Mənbələr