AZ

Braziliyanın yeni elektromobili - "Tesla"nın eynisidir...

Braziliyada 2022-ci ildə əsası qoyulan və ilk milli elektrik avtomobilini buraxmağı planlaşdıran startap - "Lecar" ilk modeli olan 459 indeksli hibrid krossoveri təqdim edib.

 

Modern.az xəbər verir ki, bu model "Tesla"ya bənzəməsi ilə gündəmə gəlib.


Belə ki, eksteryer dizaynı baxımından "Lecar 459" "Tesla Model Y"ni xatırladır, lakin 4350 mm uzunluğu və 2700 mm təkər bazası ilə Amerika elektromobilindən daha yığcamdır. İnteryerin şəkilləri hələ dərc olunmayıb, lakin krossoverin 5 oturacaq və 530 litr baqaj həcminin olacağı artıq məlumdur.

 

O, akkumulyatoru dolduran 122 at gücünə malik litrlik mühərrikdən və 18,4 kVt/saat tutumlu dartma akkumulyatoru ilə işləyən arxa oxda olan elektrik mühərrikindən (165 at gücü; 258 Nm) ibarətdir. 100-ə sürətlənmə 10,9 saniyə çəkəcək, güc ehtiyatı 1 min km-də vəd edilir.

 

"Lecar" bu ilin sonunadək gücü ildə 120 min avtomobil olan yeni zavodun tikintisinə başlamağı planlaşdırır. İlkin olaraq "Lecar 459"un əsas versiyasının qiyməti demək olar ki, 2,5 milyon rubl təşkil edəcək və istehsalına 2026-cı ilin ikinci yarısında başlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
modern.az

1Mənbələr