AZ

AP Maduronun həbsinə order tələb edir


Avropa Parlamenti (AP) Venesuela Prezidenti Nikolas Maduroya qarşı beynəlxalq həbs qərarı verilməsini və müxalifət lideri Edmundo Qonsales Urrutianın dövlət başçısı kimi tanınmasını tələb edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AP-nin Strasburqda keçirilən plenar iclasında qəbul edilmiş qətnamədə bildirilib.
“Aİ və üzv dövlətləri insanlığa qarşı cinayətlərə görə Nikolas Maduronun beynəlxalq həbsinə order tələb etməyə çağırırıq”, - deyə sənədin mətnində qeyd edilib.
Avropa Parlamentinin deputatları həmçinin, səslərin hesablanmasında kifayət qədər şəffaflığı təmin etməyən Venesuela Milli Seçki Şurasının üzvlərinə qarşı sanksiyaların bərpasına və ölkə hakimiyyətinə məhdudiyyətlərin gücləndirilməsinə çağırıblar.
Bundan əlavə, AP deputatları Qonsales Urrutianın Venesuelanın qanuni prezidenti kimi tanındığını elan ediblər.
Onlar bütün Aİ ölkələrini rəsmi olaraq bu mövqeyi tutmağa və onun 2025-ci il yanvarın 10-da vəzifəyə gəlməsini təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırıblar.
Qeyd edək ki, Avropa Parlamentinin qətnamələri hüquqi qüvvəyə malik deyil və məsləhət xarakteri daşıyır.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurası protokolların demək olar ki, 97%-nin işlənməsindən sonra vətəndaşların 51,95%-i Maduroya, 43,18%-i isə Qonzales Urrutiaya səs verdiyini bəyan edib. Ertəsi gün Karakasın mərkəzində etiraz aksiyaları başlayıb. Venesuela hakimiyyətinin məlumatına görə, 2200-dən çox adam yandırma və digər cinayətlərə görə saxlanılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
yeniavaz.com

1Mənbələr