AZ

Yapon şirkətindən Livanda partlayan peycerlərlə bağlı açıqlama –İstehsal 10 il əvvəl dayandırılıb

Yaponiyanın simsiz rabitə avadanlığı istehsalçısı “Icom” şirkəti Livanda rabitə vasitələrinin partlayışı ilə bağlı açıqlama verib.

Azpost.info-nun məlumatına görə, şirkət açıqlamasında bildirib ki, şirkətin loqosu olan bu rabitə vasitələrinin və onlar üçün batareyaların istehsalı təxminən 10 il əvvəl dayandırılıb.

“Xaricə ixrac etdiyi məhsullar Yaponiya hökuməti tərəfindən müəyyən edilmiş ciddi tənzimləmə prosesinə tabedir. Şirkət bu gün Livanda öz loqosunu daşıyan simsiz rabitə cihazlarının partlaması ilə bağlı xəbərlərlə bağlı faktları araşdırdırır”-deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Hizbullah silahlı qruplaşmasının istifadə etdiyi portativ simsiz rabitə cihazları Livanın cənubunda partlayıb. Partlayan rabitə cihazlarının şəkillərində “Icom” və “Made in Japan” sözləri yazılmış daxili panel əks olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
azpost.info

1Mənbələr