AZ

Binədə maşınları əks istiqamətdə idarə edən sürücülər TƏHLÜKƏ SAÇIR – VİDEO

Xəzər rayonunun Binə qəsəbəsində avtomobilləri əks istiqamətdə idarə edən sürücülər təhlükə yaradır.

Bu barədəPravda.az-a müraciət daxil olub.

Müraciətdə deyilir ki, xüsusən səhər saatlarında yolda yaranan tıxac səbəbindən əksər sürücülər əks istiqamətdə hərəkət edirlər.

Sürücülərin sözlərinə görə, yol hərəkətinin düzgün tənzimlənməməsi səbəbindən qəsəbə daxilində uzun tıxaclar yaranır.

Tıxaclara dözümsüzlük nümayiş etdirən bəzi sürücülər isə əks istiqamətli yola çıxaraq avtomobillərini idarə etməyə başlayırlar. Bu isə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətini həm çətinləşdirir, həm də təhlükəyə səbəb olur.

Xüsusən, səhər saatlarında əks istiqamətdə hərəkət edən avtomobillər məktəbliləri daşıyan nəqliyyat vasitələridir. Buna görə də yol hərəkətini kobud şəkildə pozan sürücülər məktəblilərin də həyatını təhlükəyə atır.

 

Nadir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
tribunainfo.az

4Mənbələr