AZ

Müşfiq Məmmədli: “Azərbaycanın ümummilli siyasi ideyası tam qələbə qazanıb”

Ermənistanın Azərbaycana qarşı apardığı təxribat xarakterli, məqsədyönlü və planlı terror siyasətinə cavab olaraq 2023-cü il 19 sentyabr tarixində üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuz tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə start verildi.
Qısa müddətdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Bütün qeyri-qanuni erməni silahlı dəstələri məğlubiyyətə uğradıldı. Bundan sonra həm Azərbaycan xalqının tarixində, həm də region xalqlarının həyatında yeni bir səhifə açıldı. Azərbaycan xalqı, dövləti dəmir yumruq ətrafında birləşərək güclü iradəsini ortaya qoydu.
Bununla da Azərbaycanın ümummilli siyasi ideyası tam qələbə qazanmışdır deyə bilərik. Bundan sonra Qarabağda, Zəngəzurda abadlıq, quruculuq işləri daha da sürətlənəcək.
Bütün etnik qrupların şad-xürrəm şəraitdə birgə yaşadığı, multikultural dəyərlərə hörmət edən Azərbaycan dövləti öz iradəsini ortaya qoyaraq suverenliyini bərpa etdi. Bundan sonra heç kim Azərbaycan xalqı, dövləti ilə silah gücü ilə danışmağa cürət edə bilməz!
 Muşfiq Məmmədli 
 Millət vəkili
Seçilən
30
xalq.az

1Mənbələr