AZ

Tina Kendelaki “Comedy Club”ı bağladı

Yayımlandı: 19 Sentyabr 2024 17:08 19 ildir ki, efirdə olan verilişin son buraxılışı sentyabrın 20-də olacaq Rusiyanın TNT telekanalında yayımlanan “Comedy Club” komediya şousu 19 illik efirdən sonra bağlanır. Verilişin son buraxılışı sentyabrın 20-də olacaq. Daha öncə TNT-nin direktoru, jurnalist Tina Kandelaki layihənin dayandırılacağına eyham vurmuşdu. Kandelaki sentyabrın 3-də “Telegram” kanalında yayımladığı videoda bildirib ki, iyulun sonunda “Comedy Club”ın yaradıcı prodüseri Qarik Xarlamov ona yeni layihə təklif edib. Tina Kandelaki. Foto: magicinfoto/shutterstock “Biz komanda olaraq bu barədə düşündük, vəziyyəti qiymətləndirdik və mən yalnız bir şeyi deyə bilərəm: “Əlvida, Comedy”, – Kandelaki bildirib. “Comedy Club” yumoristik televiziya şousu 2005-ci ildən yayımlanır. Şounun aparıcıları Pavel Volya, Qarik Xarlamov, Timur Batrutdinov, Demis Karibidis, Marina Kravets, Jenya Sinyakov, Andrey Beburişvili, İvan Polovinkin, Zurab Matua, Dmitriy Sorokin, Andrey Averin, Anton İvanov və başqalarıdır. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
xural.com

1Mənbələr