AZ

Şagirdlər üçün yeni xidmət: Ölkədə tətbiqi mümkündür? – VİDEO

Yeni tədris ilinin başlaması ilə yollarda tıxacların artması müşahidə edilir. Bir çox valideyn övladlarını məktəbə şəxsi avtomobilləri ilə aparıb gətirdiyi üçün bu tıxaclar qaçılmaz olur. Bu vəziyyət, şagirdlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Eyni zamanda, məktəblərdə şagirdlər üçün xüsusi servis avtobuslarının istifadəsi məsələsi gündəmə gəlir. Bu praktikaya bir sıra xarici ölkələrdə rast gəlinir, amma ölkəmizdə hələ də geniş yayılmayıb.

Bəs, şagirdlər üçün servis avtobuslarının istifadəyə verilməsi nə dərəcədə vacibdir?

Mövzu ilə bağlı Yenicag.az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib ki, hər bir təhsil müəssisəsinin özünün nəqliyyatla təminatı və servis xidməti göstərməsi müəyyən qədər bu prosesdə sıxlığın qarşısını ala bilər.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə deyib ki, məktəbli avtobusları ilə bağlı zaman-zaman təkliflər səslənir. “Bunu təkcə təklif şəklində səsləndirmək effektiv deyil, bu məsələnin həlli mexanizmi olmalıdır”, – deyə o qeyd edib.

Ətraflı videonu təqdim edirik:

İsmayıl Bakuvi
Samir Məcidov
Məsimə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
yenicag.az

1Mənbələr