AZ

Gələn ilin büdcəsi: Pensiya və maaşlar bu qədər artacaq

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır.

 

Sosial müdafiə və sosial təminat üzrə xərclərin büdcədə xüsusi çəkisi 12,6 faiz olacaq.

 

Müqayisə üçün bildirək ki, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər üçün 4 milyard 391 milyon 430 min 496 manat nəzərdə tutulub.

 

Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə sosial müdafiə və sosial təminat üzrə xərclər 13,8 faiz artırılır.

 

Qeyd edək ki, sosial müdafiə və sosial təminat üzrə xərclərə pensiyalar, sosial müavinətlər, əmək haqları və s. aiddir./Referans.az

Tarix: 19 Sentyabr 2024, 17:56   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2185
25
pravda.az

10Mənbələr