“Napoli” Xviça Kvaratsxeliyadan məmnundur. İtaliya klubu Gürcüstan yığmasının liderini itirmək istəmir.
Futbolinfo.az xəbər verir ki, bu barədə neapolluların direktoru Covanni Manna danışıb: “Hələ önümüzdəki 3 il üçün müqaviləmiz var. Onun çıxışı bizi tam qane edir”.
Manna cinah hücumçusuna çoxlu dəvətlər gəldiyini etiraf edib: “Onunla maraqlanan bir çox klub var idi. Ancaq biz danışdıq və birlikdə yola davam etməyə qərar verdik. İndi Kvaranın müqaviləsinin müddətini daha da uzatmaq niyyətindəyik və meneceri ilə danışıqlar aparırıq”.