AZ

Bu şirkət on minlərlə işçisini ödənişsiz məcburi məzuniyyətə göndərəcək - » AzadMedia.az



Amerikanın “Boinq” aviasiya korporasiyası davam edən genişmiqyaslı tətilə görə on minlərlə işçisini ödənişsiz məcburi məzuniyyətə göndərəcək.

Azadmedia.az xəbər verir ki, bu barədə xarivi KİV məlumat yayıb.

Belə ki, ötən həftə başlayan tətil təyyarə istehsalının sürətini kəskin şəkildə aşağı salıb:

“Bu baxımdan şirkət tətilin davam edəcəyi təqdirdə milyardlarla dollara çata biləcək itkiləri ödəmək üçün xərcləri azaltmaq məqsədilə tədbir görməyə məcburdur”.

Həmçinin şirkətin baş direktoru Kelli Ortberq işçilərə müraciətində bildirib ki, “Boinq” çətin addım atmalıdır:

“Sakit okeanın şimal-qərbində bir çox əsas proqramlar üzrə istehsal dayandırıldığı üçün biznesimiz əhəmiyyətli problemlərlə üzləşir və nağd pulu saxlamaq və “Boinq”in uğurlarını geri qaytarmaqdan ötrü çətin addımlar atmalıyıq. Ödənişsiz məzuniyyətə göndərmə ABŞ-da çalışan çoxlu sayda rəhbər, menecer və işçilərə təsir edəcək”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
3
azadmedia.az

4Mənbələr