Livanda ordunun xüsusi bölmələrinin ölkənin müxtəlif bölgələrində şübhəli rabitə vasitələrini məhv edib.
Sitat.info xəbər verir ki, Livan ordusundan verilən məlumatda bu haqda bildirilir.
Ordu birlikləri müxtəlif bölgələrdə peycerləri və şübhəli rabitə vasitələrini partlatmaqdadır. Bəyanatda həmçinin vətəndaşlardan partlayışların baş verdiyi ərazilərdən uzaq durmaları və şübhəli qurğular barədə məlumat vermələri xahiş olunub.
Dünən Livan ordusu yaralıların gətirildiyi paytaxt Beyrutdakı Amerikan Universiteti Xəstəxanasının dayanacağında partlayıcı qurğu olmasından şübhələndikləri cihazı idarəli şəkildə işə salıb.
Livan Mülki Aviasiya rəhbərliyi Beyrutdakı Rafik Həriri Hava Limanında fəaliyyət göstərən şirkətlərə də təyyarələrində “peycer” və ya “walkie-talkie” tipli radio cihazlarının daşınmasına icazə verilməyəcəyi barədə xəbərdarlıq edib.
Sentyabrın 17-də Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib. Partlayışlarda ikisi uşaq olmaqla 12 nəfər həyatını itirib, 300-ə yaxını ağır olmaqla təxminən 2800 nəfər yaralanıb.
Sentyabrın 18-də ölkədə bir çox radiostansiyanın partlaması nəticəsində 20 nəfər ölüb, 450-dən çox insan yaralanıb.
Livan rəsmiləri hadisəyə görə İsraili məsuliyyət daşısa da, İsrail hələ də məsələ ilə bağlı açıqlama verməyib.
Hizbullah hücumlardan sonra "insanları yüksək qiymət ödəməklə" hədələyib.
8 oktyabr 2023-cü ildən İsrail-Livan sərhədində tərəflər arasında zaman-zaman şiddətlənən qarşıdurmalar yaşanır.