AZ

Bu şəxslər yeni dili daha yaxşı öyrənə bilirlər

Anadangəlmə görməyən insanlar hər hansı bir dili digər insanlardan daha yaxşı öyrənə bilirlər. 

News365.az xəbər verir ki, Araşdırmaların nəticələrinə əsasən, anadangəlmə görmə məhdudiyyətli insanlar başqa bir dili digər insanlardan daha sürətli və daha asan formada öyrənə bilirlər.

Tədqiqatçılar anadangəlmə görmə məhdudiyyətli insanlarda görmədən məsul olan beyin bölgəsinin yaddaş və ya dil öyrənmə-işlətmə qabiliyyətini artıra biləcəyini iddia edirlər.

Digər insanlar öyrəndiyi şeyləri həm də görə bilirlər. Bu üstünlük kimi görünsə də, mövzunun başqa bir tərəfi var. Anadangəlmə görmə məhdudiyyətli insanlar məlumatı xatırlamaq üçün dili xüsusi zehni bir alət kimi istifadə edirlər.

Bu insanların beyni səs tonlarını da digər insanlardan daha yaxşı ayırd edə bilirlər. 

Kaliforniya Universitetində 42 nəfərin iştirakı ilə aparılan araşdırma yuxarıdakı iddiaları təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
news365.az

1Mənbələr