Demokrat.az xəbər verir ki, seminar Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq edilmiş tədbirlər planı çərçivəsində təşkil olunub.
Tədbirin məqsədi audiovizual media subyektlərinin sözügedən mövzuya dair maarifləndirilməsi işinin gücləndirilməsi və bu istiqamətdə görülmüş işlərin nəticələrinin ictimaiyyətə çatdırılmasıdır.
Tədbirdə Audiovizual Şuranın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri, audiovizual yayımçıların proqram və efir üzrə rəhbərləri və digər məsul şəxsləri iştirak edib.
Sonda tədbirin sual-cavab sessiyası keçirilib.
Media subyektləri səlahiyyətli nümayəndələrə və digər məsul şəxslərə mövzu ilə bağlı öz suallarını ünvanlayıblar.
5Mənbələr
-
demokrat.az"Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada" mövzusunda seminar keçirilmişdir — FOTOLAR ( 11133598)
-
sesqazeti.azAudiovizual media subyektlərinin nümayəndələri üçün seminar keçirilir ( 11116252)
-
ikisahil.az“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib ( 11112805)
-
sia.azAudivizual media subyektlərinin nümayəndələri üçün seminar keçirilir ( 11107123)
-
azertag.azAudivizual media subyektlərinin nümayəndələri üçün seminar keçirilir ( 11105974)