AZ

BMT Baş Assambleyası İsraili Fələstin ərazilərini tərk etməyə çağıran qətnamə qəbul edib

BMT Baş Assambleyası İsraili bir il ərzində işğal olunmuş Fələstin ərazilərini tərk etməyə çağıran qətnamə qəbul edib.

Sənədin lehinə 124 ölkə, o cümlədən Rusiya, Qətər, Çin və Fransa səs verib, 14 ölkə, o cümlədən ABŞ, İsrail, Macarıstan və Çexiya onun əleyhinə çıxıb, daha 43 ölkə bitərəf qalıb. Qətnamənin qəbulu üçün üçdə iki səs tələb olunurdu.

Qətnaməyə dəstək verən 124 dövlət arasında Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da var.

İsrail qətnaməni rədd edib. İsrailin BMT-dəki səfiri Denni Danon səsverməni “Fələstin Muxtariyyətinin diplomatik terrorizmini dəstəkləyən biabırçı qərar” adlandırıb.

BMT Baş Assambleyasının qətnamələri, Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq, məcburi hüquqi qüvvəyə malik deyil.

İyul ayında Beynəlxalq Ədalət Məhkəməsi İsrailin işğal olunmuş Fələstin ərazilərində mövcudluğunu qeyri-qanuni elan edib. Təl-Əviv fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu pozur. Hakimlər vurğulayıblar ki, belə siyasətin davam etdirilməsi beynəlxalq məsuliyyət daşıyır.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
oxumeni.az

1Mənbələr