AZ

Azərbaycan və Özbəkistan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib. Görüşdə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Özbəkistan Prezidentinin müşavirinin müavini, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimov və iki ölkənin müvafiq strukturlarının nümayəndələri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub.

Nazir müavini Elçin Zeynalov bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycanın Özbəkistanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyən nazir müavini kənd təsərrüfatının bütün istiqamətləri üzrə geniş əməkdaşlıq potensialının olduğunu deyib.

Obid Hakimov əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə toxunub, aqrar potensialdan istifadə edərək, kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar sığorta mexanizminin tətbiqinə dair təcrübə mübadiləsinin aparılması və digər məsələlər müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycan və Özbəkistan iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir. Tərəflər aqrar sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, elmi-tədqiqat institutları arasında əməkdaşlığı genişləndirmək barədə də fikir mübadiləsi aparıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
xalqqazeti.az

5Mənbələr