AZ

Dubaydan avtomobil ehtiyat hissəsi gətirmək adı ilə dələduzluq edən şəxs saxlanılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dubaydan avtomobil ehtiyat hissəsi gətirmək adı ilə dələduzluq edən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, Qax rayon sakini T.Abdullayevə qarşı dələduzluq edilib.
Belə ki, o, sosial şəbəkədə tanış olduğu A.Cəfərova xarici ölkədən avtomobil ehtiyat hissəsi gətirməsi üçün 700 manat pul göndərib. Bir müddət keçsə də, A.Cəfərov vədinə əməl etməyib. Zərəçəkmiş bu barədə rayon polis şöbəsinə müraciət edib. Polis əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Samir İsayev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
5
oxu.az

7Mənbələr