AZ

BMT-nin 4 qətnaməsini biz icra etdik - NAQİF HƏMZƏYEVDƏN ANTİ-TERROR ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA

Azərbaycan Ordusunun Qarabağ ərazisində keçirdikləri antiterror əməliyyatından artıq bir il ötür.

 

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusuna və separatçılara ağır zərbələr vurulub. 

 

24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah ediliblər.

 

Azərbaycan Respublikası antiterror əməliyyatından sonra öz suverenliyini bərpa etdi.

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.info-ya mövzu ilə bağlı fikirlərini belə şərh edib: “Bir il bundan öncə Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirlərini həyata keçirməyə başladı və bu 23 saat ərzində həyata keçirildi.  Separatçılar ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan suvereniyyini tam olaraq bərpa etdi.

 

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistanla sülh anlaşmasının imzalanması üçün aktiv danışıqlara başlamışdır.

 

Azərbaycanın sülhə məcbur etmə siyasəti ilk başlarda Ermənistan tərəfindən səmimi qəbul edilməsə də,  sonradan müəyyən irəlililəyişlərin şahidi olduq.

 

Ancaq təsəssüflər olsun ki, Ermənistan Azərbaycanın əldə etdiyi uğurları və reallaşdırdığı yeni reallıqları qəbul etmək, sinirmək istəmirdi. Bu səbəbdən də, biz məhz 2023-cü ilin sentyabr ayının 19-na qədər bir neçə dəfə Ermənistanın irimiqyaslı təxribatlar törətməsinə şahidlik etdik. Azərbaycan da hər dəfə bu təxribatlardan sonra Ermənistanın silahlı qüvvələrini yerində otuzdura bilirdi.

 

Onları bir daha başa salırdıq ki, bizimlə güc, təhdid dilindən danışmaq olmaz. Separatçılara lazımı vaxt verilmişdir. Prezident İlham Əliyev çıxışlarında separatçıların heç bir qeyri-şərtsiz Azərbaycan ərazilərinin tərk etməsini və Ermənistana məxsus silahlı qüvvələrin Azərbaycandan çıxarılması, təmin edilməsinin vacibliyini bildirmişdi. Ancaq təəssüflər olsun ki, nə separatçılar, nə də Ermənistanın siyasi hərbi rəhbərliyi bu çağırışlara məhəl qoymurdular. Onlar özlərində iradə taparaq Azərbaycan ərazilərini tərk etmək istəmirdilər və bu yükün altına girə bilmirdilər.

 

Bu səbəbdən də Ermənistan silahlı qüvvələrinin və separatçılarının həyata keçirdikləri növbəti təxribatların cavabını vermək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən anti-terror tədbirləri keçirildi.

 

Azərbaycan Silahlı Qüvvələri 23 saat ərzində Xankəndi, Ağdərə, Xocalı və bütün həmin erməni separatçılarının mövcud olduğu ərazilərdə tam nəzarəti ələ keçirdilər.

 

Nəticə etibarilə biz Azərbaycanın suverenliyinin tam bərpa olmasına şahidlik etdik və bu gün cənab Prezident İllam Əliyev 20 sentyabrın Dövlət Suverenliyi günü kimi qeyd edilməsi ilə bağlı sərancam imzaladı”.

 

Naqif Həmzəyev qeyd edir ki, Prezident İllam Əliyev tərəfindən bu günün təsis edilməsi hər bir azərbaycanlı üçün çox müsbət və xoş bir xəbər oldu: “İnanıram ki, yaxın dövrlərdə bizim qanunvericilikdə müvafiq dəyişiklər edilərək məhz 20 sentyabrın qeyri -iş günü kimi qəbul edilməsinə də biz şahidlik edəcəyik. Bu günün tarixini suverenliyimizin bərpa edildiyi və bayram günü kimi qeyd edəcəyik. Çünki biz müstəqilliyimizi bərpa etsək də, suverenliyimizi yalnız 2023-cü ildə tam olaraq bərpa etdik.

 

BMT tərəfindən verilmiş dörd qətnaməni Azərbaycan öz gücü hesabına reallaşdıra bildi. Azərbaycan faktiki olaraq güc nümayiş etdirərək bu suverenliyin bərpasını reallaşdırdı. Mən Azərbaycan xalqını, bütün soydaşlarımızı, vətəndaşlarımızı, Ali Baş Komandanı cənab Prezident İlham Əliyevi Azərbaycan ordusunu ürəkdən təbrik edirəm.

 

Allah şəhədlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şükürlər olsun ki, bizim qisasımız yerdə qalmadı. Azərbaycan Silahlı Qüvvələri ləyəqətli və ədalətli şəkildə suverenliyimizi bərpa etdi və qisasımızı aldı.

 

Biz bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda bir daha kimsə cəsarət edib Azərbaycan suverenliyinə xələl gətirə bilməz, Azərbaycanın ərazi bütövlüyünü poza bilməz, Azərbaycan torpaqlarını işğal edə bilməz. Artıq Azərbaycan dövləti güclüdür. Azərbaycanın yenilməz, rəşadətli, qüdrətli ordusu var. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşibdir və bu birlik, bərabərlik bizi daha da gücləndirəcəkdir. Azərbaycan yaxın illərdə daha böyük zəfərlərə imza atacaqdır. Suverenliyimiz mübarək olsun!”

Tarix: 19 Sentyabr 2024, 18:31   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
pravda.az

1Mənbələr