AZ

Türkiyənin ilk üzən qaz emalı platforması Çanaqqala boğazından keçib

Türkiyənin ilk üzən qaz emalı, saxlanması və boşaldılması platforması (FPSO) Çanaqqala boğazından keçib.
İyul ayının sonunda Sinqapuru tərk edən Türkiyənin ilk üzən təbii qaz emalı platforması Egey dənizindən Çanaqqala boğazına daxil olub
Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial media hesabında üzən qaz platforması ilə bağlı paylaşım edib.
A. Bayraktar  deyib:"Üzən platformamız Çanaqqalaya çatdı. 2026-cı ildə ''Sakarya'' qaz yatağında istifadəyə verilərək platforma gündəlik 10 milyon kubmetr təbii qaz emal edəcək. Platforma təkbaşına 4 milyon evin qaz ehtiyacını ödəyəcək".
Paylaşımda  platformanın “Sakarya” qaz yatağındakı gündəlik istehsalı iki dəfə artıracağı deyilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
trt.net.tr

2Mənbələr