Premyer Liqada çıxış edən iki klub Yusuf Yazıcını heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, "Aston Villa" və "Kristal Palas" türk ulduzu komandalarına cəlb etmək üçün mübarizə aparır. Bu barədə "HİTC" məlumat yayıb.
"Lill" ilə müqaviləsi başa çatan oyunçunun da İngiltərədə çıxış etməyə müsbət yanaşdığı bildirilib.
Qeyd edək ki, ötən mövsüm Fransa təmsilçisinin formasıyla 42 matça çıxan Yusuf 12 qola və 4 məhsuldar ötürməyə imza atıb.