AZ

ADNSU-da Neftçilərin peşə bayramı qeyd olunub

Sentyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neftçilər Gününə həsr olunan “Ulu Öndər Heydər Əliyevin neft strategiyasının şanli səhifəsi – “Əsrin müqaviləsi” adlı tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədəuniversitetdən məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə “Neftlə yazılan tarix” sənədli filminə tamaşa ediblər.

Daha sonra çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Ulu Öndər Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsi olan “Əsrin müqaviləsi”nin Azərbaycan neft sənayesinin inkişafındakı əhəmiyyətindən söz açıb. O, “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafında mühüm rol oynadığını deyib.

Digər çıxışlarda “Əsrin müqaviləsi”nə gedən yoldakı çətinliklərdən söz açılıb, müqavilənin Ümummilli Lider Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdığı qeyd edilib. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft və enerji strategiyasının ölkəmizin sosial-iqtisadi həyatındakı əhəmiyyətini vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
sia.az

5Mənbələr