AZ

Şəbnəmin toyda başına nə iş gəlib? – “O, içkili halda idi…”

Müğənni Şəbnəm Tovuzlu məclislərin birində qonaqların biri ilə mübahisəsindən söz açıb.

Millitv.net OLAY-a istinadla yazır ki, sənətçi “Qonaqcanlı” verilişində sözügedən hadisənin bir il əvvəl Moskvada yaşandığını bildirib.

Şəbnəm başına gələn olayı proqramda belə nəql edib:

“Məclisdə xanımla məndən bir-iki mahnını duyduqları kimi yəni fonoqramla oxumağımı istədilər. Mən ifa edəndə ev yiyəsinin əmisi oğlu mənimlə əl-qolla danışdı. O, içkili halda idi. Bunu ev yiyəsi Vüsal bəy görmədi. Pis oldum ki, sən hansı haqla mənimlə əl-qolla danışırsan. Olmaz! Bir kişi xeylaqına qadınla etikadan kənar davranış göstərmək yaraşmaz. Oldu, keçdi… Məclisdə çox əsəbiləşdim. Hətta o fonoqramımı belə kəsdi. Çıxdım çölə və ev yiyələri Vüsal bəy və xanımı arxamca gəldilər. Onlar mənə söylədilər ki, biz səni məclisimizdə çıxış edəcəyini arzu etmişik. Mən yenidən keçdim məclisə və çıxışımı davam etdim. Ev yiyəsi məndən çox razı qaldı”.

Müğənni bu hadisənin görüntülərini yayan şəxsə də efir vasitəsi ilə sərt mesaj ünvanlayıb:

“Ayıb olsun ki, o şəxsə ki, bu videonu bir ildən sonra sosial şəbəkələrdə yayıb. Bu ailənin üzvləri çox gözəl insanlardır. Demək ki, o ailəni sevməyən insandır ki, belə videonu yayıb. Bəlkə də hədəf mən yox elə məhz o ailədir”.

Verilişin davamında sözügedən məclisin ev yiyəsi Vüsal bəy canlı efirə qoşularaq baş verən hadisəyə görə Şəbnəmdən üzr istəyib və ailəlikcə onun sənətinin vurğunu olduğunu bildirib.

https://ok.ru/videoembed/7433843313161

Seçilən
42
6
millitv.net

8Mənbələr