AZ

Kimisi milyon qazanır, kimisi isə... - Qazancları açıqlandı

Türkiyədə yeni mövsümdə aktyorların nə qədər qazanacağı bəlli olub.

OLAY yazır ki, siyahı aşağıdakı kimi müəyyənləşib:

Kıvanç Tatlıtuğ bir bölüm üçün 1 milyon 750 min lirə tələb edir.  

Çağatay Ulusoy yeni serialı “Eşref Rüya”dan bölümbaşına 3, 5 milyon lirə alacaq.

Halit Ergenç “Kral Kayberse”nin bir bölümündən 2 milyon lirə qazanacaq.

Serenay Sarıkayanın hazırda bir bölümdən aldığı məbləğ 1 milyon  500 mindir. 

“Deha” ilə ekrana qayıdan Aras Bulut İynemli də eyni şəkildə bir seriyadan 1 milyon 500 min alır. 

“Yalı Çapkını”nın bir bölümündən Mert Ramazan Demirlə Afra Saraçoğlu ikisi də eyni məbləği tələb edir. Onlar hər biri bir seriyadan 1 milyon lirə alırlar. 

Özcan Deniz “Kızıl Goncalar”ın bir bölümündən 1 milyon lirə qazanır. Özgü Namal da Ö. Denizlə eyni ekran işindən həmin məbləği alır. 

“İnci Taneleri”nin Dilberi Hazar Ergüçlünün bir bölümə çəkilmə qiyməti 2 milyon lirədir.

Demet Evgar “Bahar”la bir bölüm üçün 1 milyon 250 min lirə alır. 

Murat Yıldırım ekrana gəlməyə hazırlaşan “Gizli Bahçe”nin bir bölümündən 800 min lirə qazanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
olay.az

1Mənbələr