AZ

Livanda peycer partlayışlarda ölənlərin sayı 25-ə ÇATDI

Sentyabrın 18-də Livanda elektron cihazların partlaması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad məlumat yayıb.

Səhiyyə naziri qeyd edib ki, partlayışların ikinci dalğası zamanı xəsarət alanların sayı 708-ə çatıb.

Sentyabrın 17 və 18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 287 nəfərin vəziyyəti isə ağırdır.

Ölkənin Mülki Aviasiyasının baş direktoru elektron cihazların partladılmasından sonra sərnişinlərin təyyarələrə peycer və radio aparatları gətirməsini qadağan edən yeni göstəriş verib.

Livan partlayışlara görə İsrailin məsuliyyət daşıdığını bildirib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
6
bizim.media

7Mənbələr