AZ

Azərbaycanın Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşdü

İtaliya Respublikasında rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanov da iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
24
bakivaxti.az

10Mənbələr