AZ

Stoltenberq NATO ölkələrini müdafiə büdcəsini artırmağa çağırıb



NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələri müdafiə büdcəsini artırmağa çağırıb. Bu barədə TASS məlumat yayıb.O, bunu Brüsseldə vida nitqi zamanı Stoltenberqin baş katib səlahiyyətlərinin sona çatması ilə əlaqədar deyib. Onun sözlərinə görə, NATO üzvləri müdafiə xərclərini artırmalıdır, çünki ÜDM-in hazırkı 2%-i kifayət etmir.

“Yaxşı xəbər ondan ibarətdir ki, biz on il əvvəl verdiyimiz vədi yerinə yetirmişik (ÜDM-in 2%-ni müdafiəyə xərcləmək – redaktorun qeydi). Ancaq pis xəbər odur ki, bu, artıq bizi təhlükəsizliyimizi təmin etmək üçün kifayət deyil” dedi.Xatırladaq ki, Stoltenberq NATO-nun baş katibi postundan istefa verdikdən sonra Münhen Təhlükəsizlik Konfransının sədri olacaq. Onun yerini Hollandiyanın keçmiş baş naziri Mark Rutte tutacaq. Bundan əvvəl Stoltenberq baş katib kimi əsas uğursuzluqlarını və nailiyyətlərini qeyd edib.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
aia.az

1Mənbələr