AZ

Lenovo Legion Y700 (2024) gaming planşeti barəsində ilk rəsmi məlumat verilib

     Lenovo şirkəti bir neçə gün bundan öncə təsdiqlədi ki, o, yaxın zamanda yeni gaming planşetini təqdim edəcək. Söhbət Lenovo Legion Y700 (2024)-dən gedir. İndi isə şirkət sözügedən planşet barəsində ilk rəsmi məlumatı təqdim edib. Təqdim edilmiş məlumat təqdimata hazırlaşan planşetin ekranını əhatə edir. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Lenovo Legion Y700 (2024) planşeti 8.8 düym ölçülü ekranla təchiz olunacaq. Posterdən də görmək olar ki, planşet yastı gövdə dizaynını əldə edəcək. Son məlumat sızıntılarına əsasən Lenovo-nun bu yeni gaming planşeti Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, planşet bu ayın sonunda təqdim ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
technote.az

1Mənbələr