AZ

HTC Vive Focus Vision adlı yeni VR cihaz təqdim edilib - QİYMƏTİ

     HTC şirkəti öz yeni VR cihazını təqdim edib. Şirkətin yeni VR cihazı HTC Vive Focus Vision adlanır. Şirkətin bu yeni VR cihazı avtonom rejimdə çalışması ilə seçilir. Yəni ondan istifadə üçün onu mütləq şəkildə kompüterə qoşmaq lazım deyil. Bununla belə onda belə bir özəllik də var. Kompüterə qoşulma prosesi isə USB-C və ya DisplayPort girişi vasitəsilə reallaşdırılır. HTC Vive Focus Vision cihazı 120 dərəcəlik bucaq əhatəsinə sahib 5K keyfiyyətli ekranlarla təchiz olunub.     Avtonom rejimdə çalışma zamanı ekranlar 90 Hz-lik təsvir yenilənməsini, DisplayPort üzərindən kompüterə qoşulu halda isə 120 Hz-lik təsvir yenilənməsini təmin edirlər. DisplayPort üzərindən kompüterə qoşulma imkanı bu ilin sonuna kimi aktiv olacaq. Sözügedən cihaz Snapdragon XR2 prosessoru vasitəsilə çalışır. HTC Vive Focus Vision-un əsas üstünlüklərindən biri də odur ki, o, istifadəçi gözlərini izləyə bilir. İstifadəçinin hər bir göz hərəkəti saniyədə 120 dəfə təyin edilir.     Bunun sayəsində cihaz öz hesablama gücünü istifadəçinin baxdığı təsvirin formalaşdırılmasına yönləndirir. Nəticədə cihazın çalışma performansı yüksəlir. Bu funksiya üstəlik interfeys elementlərinin göz hərəkətləri vasitəsilə idarəsi imkanını mümkün edir. Lakin Apple Vision Pro-dakı eyni funksiyadan fərqli olaraq HTC Vive Focus Vision-da bu funksiya təcrübi xarakter daşıyır. Batareya sahəsi cihazın arxa hissəsində yerləşir. Cihaz bir dəfə şarj olunandan sonra 2 saat ərzində çalışa bilir. HTC Vive Focus Vision artıq satışa çıxıb və onun qiyməti 999$ təşkil edir.

Seçilən
30
technote.az

1Mənbələr