AZ

Pezeşkian Paşinyanı təbrik etdi: Dost ölkə...

Bu gün İran Prezidenti Məsud Pezeşkian ayrı-ayrılıqda Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyana məktub göndərərək, Ermənistanın müstəqilliyinin ildönümü və respublika günü münasibətilə təbriklərini çatdırıb.
 
Axar.az İSNA-ya istinadən xəbər verir ki, məktubda Məsud Pezeşkian erməni həmkarına iki dost və qonşu ölkə arasında əlaqələrin qarşıdakı dövrdə daha da dərinləşəcəyinə əminliyini vurğulayıb.
 
İran prezidenti Nikol Paşinyana məktubunda yazıb:
 
“İran Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və o gündən bəri iki ölkə bir-biri ilə mehriban qonşudur. Uğurlu haldır ki, iki ölkə arasında münasibətlər çoxşaxəli, hərtərəfli, güclü və sabitdir və gündən-günə inkişaf edir”.
Seçilən
1
2
moderator.az

3Mənbələr