AZ

Metroda doğulan körpəyə ömürlük pulsuz gediş-gəliş kartı verilib

Brüssel metrosunda doğulan körpəyə ictimai nəqliyyata ömürlük pulsuz gediş-gəliş kartı hədiyyə olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Belçika ictimai nəqliyyat şirkəti (STIB) qərar qəbul edib.

Qurumdan bildirilib ki, sentyabrın 15-də Brüsselin Molenbeek rayonundakı Beekant metrosunda dünyaya gələn körpəyə belə bir jest olunub: "Doğuş metroda olub. İşçilərimizin köməyi ilə körpə sağlam doğulub. Ana və körpəsi daim diqqətimizdə qalacaq. Bu, heç vaxt unuda bilməyəcəyimiz bir andır və doğum hədiyyəsi olaraq STİB-in yeni balaca ulduzu ömür boyu pulsuz abunəçimiz olacaq".

Zülfiyyə

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
mia.az

1Mənbələr