AZ

Istanbulda genişmiqyaslı əməliyyat, 495 nəfər həbs edildi



Türkiyənin İstanbul şəhərində genişmiqyaslı əməliyyat həyata keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində axtarışda olan 495 şübhəli həbs edilib.

İstanbul İl Təhlükəsizlik Müdirliyi qruplarının şəhər daxilində 221 nöqtədə 1585 personalın iştirakı ilə keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 266 min 515 nəfər üzərində Ümumi Məlumat Toplama (GBT) yoxlamaları aparılıb. Onlardan müxtəlif cinayətlərə görə axtarışda olan 495 şübhəli və 234 qaçaq tutulub.

Bundan başqa 8 xarici ölkə vətəndaşı da nəzarətə götürülüb.

Anar Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
newscenter.az

1Mənbələr