AZ

Murad İsmiyevin növbəti uğuru - FOTO

Murad
Yerli və beynəlxalq yarışların qalibi olan Murad İsmiyevin ölkəmizin bayrağını beynəlxalq turnirdə yenidən ucaldıb.
14.09.2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən Braziliya Ciu-Citsu idman növü üzrə dünyanın qabaqcıl turnirlərindən biri sayılan "AJP TOUR ASIA CONTINENTAL JIU-JITSU CHAMPIONSHIP 2024" yarışında Asiya ölkələrinin 500 çox idmançısı iştirak edib. Həmin yarışda ölkəmizi JGBJJ (baş məşqçisi Ceyhun Quliyev) və RGBJJ (baş məşqçisi Ayaz Süleymanov) klublarının 25 idmançısı təmsil edib. Həmin yarışda JGBJJ idman klubunun güləşçisi, Murad Çingiz oğlu İsmiyev 69 kq çəki dərəcəsində qızıl medal qazanaraq Asiya qitəsində 1-ci yerə layiq görülüb. Ümumillikdə idmançılarımız 4 qızıl, 3 gümüş və 2 bürünc medal ilə təltif olunub və yekunda Asiya ölkələri arasında Azərbaycan 5-yə daxil olub. Hazırda idmançılar cari ilin noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçiriləcək dünya çempionatına hazırlaşırlar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
1news.az

2Mənbələr