AZ

ASUS ZenBook 14 Air noutbuku təqdim edilib - QİYMƏTİ

     ASUS şirkəti ZenBook seriyasının yeni noutbukunu təqdim edib. Yeni noutbuk ASUS ZenBook 14 Air adlanır. Sözügedən yeni noutbuk OLED ekranı, nazik gövdəni və performanslı Intel prosessorunu əldə edib. Beləliklə ASUS ZenBook 14 Air noutbuku metal materialdan hazırlanmış gövdəyə sahibdir və onun qalınlığı 1.1 sm, çəkisi isə 1.15 kq təşkil edir. Noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli 14 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o, sRGB rəng diapazonunun 133%-ni, DCI-P3 rəng diapazonunun isə 100%-ni əhatə edir.     Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.2 millisaniyə təşkil edir. Noutbuk Intel Core Ultra 7 258V prosessoru vasitəsilə çalışır və LPDDR5X-8533 standartlı 32 GB RAM ilə 1 TB-lıq SSD-ni əldə edib. Noutbukun soyutma sistemi qismində 2 ədəd pər və buxar kameraları çıxış edirlər. ASUS ZenBook 14 Air-in batareya həcmi 72 vatt-saat təşkil edir. Şirkətin sözlərinə əsasən noutbuk bir dəfə şarj olunandan sonra 22 saat ərzində çalışa bilir. Noutbuk özündə USB Type-A, HDMI 2.1, USB 4.0 Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. ASUS ZenBook 14 Air 24 sentyabr tarixində Çində satışa çıxacaq və onun qiyməti 1268$ təşkil edəcək. Noutbukun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
technote.az

1Mənbələr