AZ

“Hizbullah” lideri Livanda peycer partlayışlarını terror adlandırdı


“İsrail Beyrut və ölkənin digər bölgələrində mülki rabitə vasitələrini partlatmaqla Livanın müxtəlif bölgələrində qırğınlar törətməyi planlaşdırırdı”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah “Əl Manar” telekanalının yayımladığı televiziya müraciətində deyib.
“Bir-iki dəqiqə ərzində 4-5 min insan ölə bilərdi. Biz İsrailin bu görünməmiş hərəkətlərini bütün qırmızı xətləri keçmək kimi qiymətləndiririk”, - Nəsrullah deyib.
Siyasətçinin fikrincə, İsrailin cinayət əməlləri böyük terror əməliyyatı kimi qiymətləndirilməlidir:
“Bu, qəsdən törədilən qırğın deməkdir. Livan dövlətinə münasibətdə bu, faktiki olaraq müharibə elan etmək deməkdir”.
Nəsrullahın qeyd etdiyi kimi, İsrail peycerləri və telsizləri (ratsiya) partlatarkən daşıyıcılarının harada yerləşə biləcəyindən xəbərsiz idi:
“Nəticədə xəstəxanalarda, apteklərdə, bazarlarda, mağazalarda, evlərdə, avtomobillərdə, o cümlədən qadın və uşaqların çox olduğu küçələrdə bəzi partlayışlar baş verib”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
yeniavaz.com

1Mənbələr