AZ

Səhiyyə Nazirliyi 11 milyonluq tenderi bu şirkətə verdi

Səhiyyə Nazirliyi ötən ay kotirovka sorğusu etdiyi tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, nazirliyin balansında fəaliyyət göstərən Səhiyyənin Təminat Mərkəzi laboratoriya tədqiqatları və müayinələr üçün lazım olan materialların (reaktiv, reagent və s) satın alınmasını reallaşdıracaq.

 

Bildirək ki, dəyəri 11.812.972,62 manat olan tenderin qalibi “LABSERVİS LTD” MMC olub.

 

Rəsmi qaynaqlarda qeyd edilir ki, Səhiynin Təminat Mərkəzi bu məqsədlə 13.764.663,56 manat vəsait ayırsa da, MMC bu işi 11 milyona görəcəyi təklifini verib və qalib olub.

 

Qeyri-rəsmi mənbələrdən gələn xəbərlərdə isə vurğulanır ki, “LABSERVİS LTD” MMC-nin arxasında elə Səhiyyə Nazirliyində çalışan aparıcı məmurlardan biri dayanır. Hələlik həmin məmurun adı açıqlanmır. Bu şirkət isə Səhiyyə Nazirliyinin bir çox tenderlərin qalibi olub.

 

Tenderin məbləğinin 2 milyon manata yaxın azaldılması isə AİİBNX-nin müdaxiləsindən sonra mümkün olub. Tribunainfo.az-a daxil olan məlumata görə, Anti-İnhisar Xidməti rəqəmin şişirdildiyini nazirliyin diqqətinə çatdırdıqdan sonra, müsabiqənin nəticəsini bir dəfə ləğv edib. İkinci cəhddə isə məbləğdə düzəliş edilib.

Tarix: 19 Sentyabr 2024, 19:49   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
pravda.az

2Mənbələr