AZ

Şagirdlər hansı hallarda məktəbdən xaric oluna bilərlər?

  Daxili intizam qaydaları şagirdlərin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyiniə, məktəbdə hər bir şagirdin uğurlu təlimini təşkil etməyə hesablanıb. 

Normal şəraitin yaradılması, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsi, davranış mədəniyyəti və ünsiyyət bacarıqlarının inkişafı da qaydalarda öz əksini tapıb. Amma sadalananların hansı hallarda pozulması şagirdin məktəbdən xaric olmasına əsas yarada bilər.

Maraqlıdır, şagirdlər hansı hallarda məktəbdən xaric oluna bilərlər?

Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb:



“Amma iki ilə yaxındır ki, məktəblərdə yeni qaydalar toplusunu tam şəkildə tətbiq edə bilməmişik. Bu, yalnız məktəblərin bir qismində pilot olaraq həyata keçirilir. Artıq biz bütün ümumtəhsil müəssisələrində bu qaydaları tətbiq etməliyik".

Ekspert şagirdin davranış qaydasına uyğun "sarı", "narıncı" və "qırmızı" məktubların verilməsi məsələsinə də toxunub.

O qeyd edib ki, davranış qaydasının pozulması ilə bağlı şagirdə "sarı", "narıncı" və "qırmızı" xəbərdarlıq kartları verilir:

"Bu kartlar həm şagirdin valideynlərinə məktubla göndərilirdi, həm də məktəbdəki şəxsi işinə əlavə edilir. Davamlı olaraq qırmızı məktubun verilməsi o deməkdir ki, artıq bu şagirdlə bu səviyyədə çalışmaq faydasızdır. Eyni zamanda şagirdlərə müsbət davranış qaydalarına görə yaşıl kartlar da verilir. Bu kartlar da həm valideynlərə göndərilir, həm də şagirdin şəxsi işinə əlavə olunur. Müsbət davranışla bağlı davamlı yaşıl kartlar nəticəsində şagirdlərə təşəkkürnamə, təltifnamə və ya diplomlar verilir.

Xatırladım ki, məktəblərdə şagirdlərin davranış pozuntuları ağırlıq dərəcəsinə görə təsnifatlandırılıb. Sənəddə davranış pozuntularının ağırlığına görə 5 səviyyə müəyyənləşdirilib.

1-ci səviyyə yüngül səviyyəli qayda pozuntularıdır. Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s. 2-ci səviyyə orta səviyyəli qayda pozuntularıdır. Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (Məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s. 3, 4 və 5-ci səviyyə ciddi və ağır qayda pozuntularıdır. Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s.

Birbaşa 5-ci səviyyə hesab olunan qayda pozuntuları isə çox ağır qayda pozuntularıdır. Hazırda məktəblərdə şagird davranış qaydaları tam şəkildə tətbiq edilmədikcə bu məsələlər çox müzakirə ediləcək”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
3
referans.az

4Mənbələr