AZ

Ronaldo Lamin Yamal haqda danışdı

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo "Barselona"nın cinah oyunçusu Lamin Yamal barəsində açıqlama verib. Matc.az xəbər verir ki, o, Yamalda böyük istedad gördüyünü deyib. "Mən Lamin Yamalda böyük istedad görürəm. Ümid edirəm ki, onun gələcəkdə problemi olmayacaq və düşünürəm ki, o, şübhəsiz ki, bu nəslin ən yaxşılarından birinə çevriləcək". Xatırladaq ki, yayda Lamin Yamal İspaniya millisinin heyətində Avropa çempionu olub. 17 yaşlı futbolçunun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" internet portalında futbolçunun bazar dəyəri 120 milyon avrodur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
matc.az

1Mənbələr