AZ

TOMAS MANNIN "BUDDENBROKLAR" ROMANI NƏDƏN BƏHS EDİR?

Nəsillər dəyişdikcə dəyərlər və insanların mənəvi həyatı da dəyişir. Bu hal bütün millətlərə aiddir və bunu təsvir edənlər yazıçılar və filosoflar olurlar. Bu mövzuda yazılmış ən gözəl əsərlərdən biri böyük alman yazıçısı Ədəbiyyat üzrə Nobel mükafatı lauretaı Tomas Mannın "Buddenbroklar" əsəridir.

Yazıçı bu romanda 4 nəsil Buddenbrokların həyatını qələmə alır. Buddenbroklar-bürgerlərdir. Onlarda möhkəm ailə bünövrəsi, əxlaq, işgüzarlıq, vətəndaşlıq borcu, halallıq kimi keyfiyyətlər vardır. Bürgerlər təkcə mal-mülk sahibi deyil, həm də alman mədəniyyətində müəyyən dəyərli ənənələrin daşıyıcılarıdır. Bürger əxlaqının kodeksi Buddenbroklar nəslində belə həkk olunur: «Böyük həvəslə işlərini gün ərzində başa vur ki, gecəni rahat yatasan».

Romanda hər nəsil Buddenbrokların özündən əvvəlkinə nisbətən daha çox həyat eşqindən məhrum olmaları və onların nəsildən-nəslə fəaliyyət imkanlarının get-gedə zəifləməsi böyük ustalıq və zəngin koloritlə qələmə alınıb. Buddenbroklar nəsli musiqi sahəsində böyük istedad nümayiş etdirən gənc Qannonun sifilis xəstəliyi nəticəsində qızdırmadan vəfat etməsi ilə qırılır. Göründüyü kimi, bürgerlərin iflasa uğramaları sırf mənəvi problem olmaqla yanaşı həm də zəmanə ilə bağlıdır. Bütövlükdə isə qeyd etmək lazımdır ki, T. Mann bürgerlərin imperializm dövründə taleyini böhran-süqut, təhlükə-məhv kimi təsnifatlandırır.

Dahi Tomas Mann bu əsərini 26 yaşında yazmışdı. Və 1929-cu ildə Tomas Mann «müasir ədəbiyyatda klassik əsər sayılan «Buddenbroklar» romanına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
aznews.az

1Mənbələr