AZ

“Mahir 90 dəqiqə oynamağa hazır deyil, sonradan meydana çıxsa...”

"Mən inanıram ki, Mahir Emreli sonradan meydana çıxsa, fərq yarada bilər".

Sportinfo.az xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

"Emreli 90 dəqiqə oynamağa hazır deyil. Amma matça sonra daxil ola bilər", - deyə mütəxəssis bildirib.

Azərbaycanlı hücumçu "Ulm"a səfərdə 2:1 hesabı ilə qalib gəldikləri II Bundesliqanın V turunun oyununda iştirak ərizəsində yer alıb. "Nürnberq” sentyabrın 21-də "Herta"nı qəbul edəcək.

Seçilən
23
sportinfo.az

1Mənbələr