AZ

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun biletləri artıq satışdadır

Misli Premyer Liqasının 7-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb.

Futbolinfo.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür. 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Sözügedən qarşılaşma sentyabrın 21-də Tovuz şəhər stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
futbolinfo.az

5Mənbələr