MLS-in rəsmi saytında 2:2 hesabı ilə başa çatan "Atlanta Yunayted" - "İnter Mayami" qarşılaşması ilə bağlı maraqlı xəbər dərc olunub.
Offsideplus.az xəbər verir ki, xəbərin başlığı isə diqqət çəkir: "Aleksey Mirançukun xilasedici qolu sayəsində Messi kölgədə qaldı".
Mirançuk 90 dəqiqə meydanda olub və "Atlanta Yunayted" forması ilə ilk qolunu vurub. Digər tərəfdən, Messi 61-ci dəqiqədə meydana çıxsa da, bu dəfə qol sevinci yaşaya bilməyib.
Eyni zamanda xəbərdə vurğulanıb: "Messinin möcüzələr yaratmasına öyrəşmişik, lakin bu dəfə komandasını məğlubiyyətdən qurtaran şəxs Mirançuk oldu".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta