AZ

Taliban: Əfqanıstan bundan sonra yalnız şəriət qanunlarına arxalanacaq

Taliban hərəkatının ali lideri Hibətullah Axundzadə bildirib ki, bundan sonra Əfqanıstan ərazisində yalnız şəriət qanunları tətbiq edilir.

"Aamaj News" agentliyinin məlumatına görə, Taliban sözçüsü Axundzadədən sitat gətirib: "Mövcud dövlət sistemi Quran və şəriətə əsaslanır".

Taliban lideri Dohada ABŞ-la danışıqlar prosesinin şəriətə əsaslandığını, “bu danışıqlarda din əleyhinə bir addım belə atılmadığını” bildirib.

Axundzadənin sözlərinə görə, Əfqanıstan qanunvericiliyi əvvəllər Avropa, Amerika və Britaniya mənşəli idi, indi isə yalnız Quran (müsəlmanların müqəddəs kitabı), fiqh (İslam hüququnun məcmuəsi) və hədislər (Peyğəmbərin həyatı və sözləri haqqında ənənə) qanunvericilik prosesinin əsasını təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
aznews.az

1Mənbələr