AZ

“Hörmətsizliyə "keçər" deyib, məhəl qoymamaq...”

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova yeni fotolarını paylaşıb.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi şəkillərinə maraqlı şərh yazıb:

"Bu aralar beynimin içində dolaşan sualları sizinlə də paylaşmaq istədim. Bir insana hörmət qoymadığınızı necə bəlli edərdiniz? Hörmət etmədiyiniz insana bunu hansı cümlə və davranışlarla başa salardınız? Necə insana hörmət qoyulmaz? Nəyi özünüzə hörmətsizlik kimi qəbul edirsiniz? Hörmət etmədiyiniz insanı sevə bilərsiniz? Hörmət qoymayan insanın sevgisinə inanarsınız?

Sizə hörmət etməyən insanla necə tədbir görərdiniz? Hörmət, yoxsa sevgi? Hörmət yoxdursa, sevgidən söz gedə bilər? Hörmətsizlik görən insan hörmətsizliyə layiq deyilsə özünü necə ovutmalıdır? Hörmət qoyulması üçün nə etməlidir? Hörmətsizliyə "keçər" deyib, məhəl qoymamaq, yoxsa qarşısını almaqmı? Hörmət qoyulan insan olmağa çalışmaq yorucu deyil? Hörmət çərçivəsində verilən hər kəsin fikri mənə maraqlıdır, xüsusilə da işinin pəşəkarı, insan ruhuna, beyninə bələd olan psixoloqlarımızın. Hörmət, içində sevgi olmayan bir boşluğu doldurmaq üçün yaradılıb".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
23
milli.az

10Mənbələr