İsrail Beyrut və Livanın digər ərazilərində mülki rabitə vasitələrini partlatmaqla Livanın müxtəlif ərazilərində kütləvi qırğın törətməyi planlaşdırırdı.
Bunu “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah “Al Manar” telekanalının yayımladığı telemüraciətində deyib.
O bildirib ki, 1-2 dəqiqə ərzində 5 min insan ölə bilərdi. “Bunu İsrailin bütün “qırmızı xətləri” aşması kimi qiymətləndiririk”, - “Hizbullah” lideri söyləyib
Xatırladaq ki, sentyabrın 17-də Livanın bir sıra bölgələrində “Hizbullah” döyüşçülərinin istifadə etdiyi elektron rabitə vasitələrinin partlaması nəticəsində ardıcıl partlayışlar baş verib, nəticədə 4 mindən çox insan yaralanıb, 11 nəfər ölüb. Sentyabrın 18-də ölkədə təkrar partlayışlar olub, 460-dan çox insan yaralanıb, 20 nəfər ölüb.