AZ

Zaxarovadan Ermənistanın "çevriliş" bəyanatına KİNAYƏLİ CAVAB - ANBAAN VİDEO

Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan hakimiyyətinin hərbi çevrilişin qarşısını almaq cəhdi ilə bağlı bəyanatını şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə Zaxarova Avrasiya Qadınlar Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O NEWS.ru-nun müxbirinin “Respublikanın İstintaq Komitəsinin məlumatına görə, çevrilişin iştirakçıları Rusiyada təlim keçiblər və onlara ayda 200-220 min rubl maaş verilib, Ermənistan tərəfinin bəyanatını necə şərh edərdiniz?” sualına Zaxarova kinayəli gülərək cavab verib:

"Ümid edirəm ki, "Comedy Club"ın bağlanmasının səbəbi bu deyil".


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
4
bizim.media

6Mənbələr