AZ

Miçel: “Çempionlar Liqasında olmağa layiqik”

“Jirona”nın baş məşqçisi Miçel Çempionlar Liqasında PSJ-yə uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla başa çatan oyunla bağlı bunları deyib:

“Düşünürəm ki, məğlub olsaq da, yaxşı işlər gördük. Təvazökar klubuq və Çempionlar Liqasındakı ilk oyunumuzda demək olar, tapşırıqların öhdəsindən gəldik. Bu oyundan dərs çıxaracağıq və qarşıdakı matçlarda daha yaxşı olmaq üçün çalışacağıq.

Şanslarımız az olsa da, ümumilikdə pis oynamadıq. Burda olmaq üçün üç il çalışdıq və bəhrəsini gördük. Çempionlar Liqasında olmağa layiqik. Nəticəyə görə bir az məyusam, amma daha yaxşı olacağımızı bilirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
futbolpress.az

1Mənbələr