AZ

"Avropa bir ildən çoxdur ki, Ukraynaya Hindistanın döyüş sursatlarını tədarük edir" - "Reuters"

"Bu, Dehli üçün geosiyasi cəhətdən sərfəlidir, çünki Qərb tərəfdaşlarına bu müharibədə Rusiyanın tərəfində olmadığını göstərməyə imkan verir..."
 
Bir ildən artıqdır ki, Avropa ölkələri Kiyevə Hindistan istehsalı olan artilleriya mərmiləri göndərir, Nyu-Dehli isə Moskvanın etirazlarına rəğmən, bunun qarşısını ala bilmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" beynəlxalq agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, mərmilər Kiyevə birbaşa deyil, Avropa ölkələri, o cümlədən Çexiya və İspaniya vasitəsilə tədarük edilir. İspaniya və Sloveniya vasitəsilə Ukraynaya döyüş sursatlarının istehsalı üçün hind komponentləri daxil olur.
 
"Kreml bu məsələni ən azı iki dəfə, o cümlədən Rusiya XİN rəhbəri Sergey Lavrovun hindistanlı həmkarı ilə iyul görüşündə qaldırıb", - agentlik qeyd edir və əlavə edir ki, Rusiya və Hindistan xarici işlər və müdafiə nazirlikləri bu məlumatı şərh etmək xahişlərinə cavab verməyib.
 
"Yanvar ayında Hindistan XİN nümayəndəsi Randhir Caysval bəyan edib ki, Hindistan Ukraynaya artilleriya mərmiləri göndərməyib və satmayıb. Agentliyin Hindistan hökumətindəki mənbələri məlumat verib ki, Hindistan Ukrayna tərəfindən istifadə edilən döyüş sursatlarının az miqdarda, müharibədən sonra Kiyev tərəfindən idxal edilən ümumi silahın 1 faizindən azını istehsal edib", - agentlik yazıb.
 
London Kral Kollecinin Cənubi Asiyada təhlükəsizlik üzrə eksperti Uolter Ladviq bəyan edib ki, nisbətən az miqarda döyüş sursatlarının yenidən göndərilməsi Dehli üçün geosiyasi cəhətdən sərfəlidir. "Bu, Hindistana Qərb tərəfdaşlarına Rusiya-Ukrayna müharibəsində onun Rusiyanın tərəfində olmadığını göstərməyə imkan verir", - o, deyib və əlavə edib ki, Moskvanın Dehliyə təsiri rıçaqları azdır.
 
Stoqholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutunun məlumatına görə, 2018-2023-cü illərdə Hindistan 3 milyard dollardan bir qədər çox məbləğdə silah ixrac edib. Müdafiə naziri Racnatx Sinqx bəyan edib ki, ötən maliyyə ilində hərbi təyinatlı məhsul ixracı 2, 5 milyard dolları ötüb və Dehli bu göstəricini 2029-cu ilədək 6 milyard dollara çatdırmaq istəyir.
 
Açıq gömrük məlumatları göstərir ki,
Rusiya-Ukrayna müharibəsindən iki il öncə Hindistanın döyüş sursatlarının üç böyük istehsalçısı olan "Yantra", "Munitions İndia" və "Kalyani Strategic Systems" şirkətləri İtaliya, İspaniya və Sloveniyaya 2, 8 milyon dollarlıq döyüş sursatları komponentləri ixrac edib, orada müdafiə podratçıları Ukrayna üçün tədarük zəncirlərinə xeyli vəsait sərf edib.
 
Məlumatlara görə, 2022-ci ilin fevralından 2024-cü ilin iyulunadək bu rəqəm o cümlədən Hindistanın bu dörd ölkəyə ixrac etdiyi də daxil olmaqla 135, 25 milyon dollaradək artıb.
 
İyul ayında Hindistan baş naziri Narendra Modi Moskvanı zıyarət edib. Bu, Rusiyanın Ukraynaya tammiqyaslı müharibəsi başlanandan Rusiyaya ilk səfəri olub. Avqustun sonunda Modi Ukraynaya tarixi səfər edib. Bu, onun 1991-ci ildə müstəqillik əldə edəndən bəri bu ölkəyə ilk səfəri olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
moderator.az

1Mənbələr