AZ

"Leao ya müğənniliyə başlamalıdır, ya da model olmalıdır"

“Milan”ın sabiq hücumçusu Antonio Kassano “rossoneri”nin hazırkı forvardı Rafael Leaonu tənqid edib.

90deqiqe.Az xəbər verir ki, "Notizie Milan" 42 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb:

“Leao artıq altı ildir ki, "Milan"dadır və bütün bu müddət ərzində "Skudetto" qazanana qədər mən ondan yalnız üç-dörd ay ərzində həqiqətən yaxşı çıxışlar görmüşəm. Qalan vaxtlar indi gördüyümüz eyni Leaodur. Cəmi bir neçə layiqli oyun keçirib, qalan illərdə orta səviyyəli oyun nümayiş etdiribsə, mən niyə ona çempion və ya gələcək ulduz deməliyəm? Bu mənim üçün qəbuledilməzdir! Meydançaya çıxır, pərəstişkarları salamlayır, saçını hörür... Ola bilsin ki, müğənniliklə məşğul olsun, ya da model olsun. Ancaq yüksək səviyyəli futbolçu olmaq üçün bu kifayət deyil! Özü də əmindir ki, fenomendir, lakin bu, bundan çox uzaqdır”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
90deqiqe.az

1Mənbələr