AZ

İki ildə Qazaxıstandan qanunsuz çıxarılan 2,3 milyard dollarlıq aktivlər geri qaytarılıb


2022-ci ildən indiyədək Qazaxıstan hakimiyyəti qanunsuz olaraq ölkədən çıxarılmış ümumi dəyəri 1 trilyon tengedən (2,3 milyard dollardan çox) çox olan aktivləri dövlət mülkiyyətinə qaytarıb.

Musavat.com xəbər verir ki, bu barədə Düşənbədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlərarası Şuranın IX iclasında Qazaxıstan Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumaqali məlumat açıqlayıb.

Onun sözlərinə görə, qaytarılan aktivlər arasında pul, daşınar və daşınmaz əmlak, şirkətlərdəki paylar var: "Onlar Avstriya, Fransa, Lixtenşteyn, BƏƏ, Türkiyə, Rusiya və digər ölkələrdən geri qaytarılıb".

Xatırladaq ki, 2022-ci ilin iyununda Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Qazaxıstan vətəndaşlarının xaricdə qanunsuz olaraq çıxardıqları vəsaitlərin geri qaytarılması ilə məşğul olacaq idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.


Seçilən
13
5
nuh.az

6Mənbələr